“Bizim hikaye” serialında baş rolları canlandıran Hazal Kaya və Burak Deniz arasında qalmaqal yaşanıb.
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, türk mediası cütlüyün küsülü olduğunu iddia edib.
Bildirilir ki, Hazalın toyundan sonra onların arasında gərginlik yaşanıb. Onlar ortaq çəkildikləri səhnələrdən başqa bir araya gəlmirlər.
Qeyd edək ki, “Bizim hikaye” serialı dünyaca məşhur “Shameless”ın motivləri əsasında çəkilir.