Qadin.NET / Alimlərdən Stounhenc abidəsi ilə bağlı YENİlİK- FOTO

Alimlərdən Stounhenc abidəsi ilə bağlı YENİlİK- FOTO

Alimlərdən Stounhenc abidəsi ilə bağlı YENİlİK- FOTO


Britaniyadakı Stounhenc meqalit tikilisi barədə bir çox araşdırmalar aparılıb.

 Qadin.Net ölkə.az-a istinadən bildirir ki, abidənin unikallığı bir sıra tarixi abidələrdən daha yaxşı qalmasıdır. "Science Magazine" jurnalında isə Stounhenc abidəsi ilə bağlı yeni tədqiqatın nəticələri qeyd edilib.

Alimlərin fikrinə əsasən, müasir Fransanın şimal-qərb hissəsində çox qədim dövrlərdə inşa edilmiş daş abidə var. Məhz meqalit inşası burada başlayıb və sonradan isə Avropaya, Britaniyaya qədər yayılıb. Fransadakı abidə Stounhencdən 2 min il əvvəl inşa edilib.

Bu iddianı müasir Avropaya səpələnmiş iki mindən çox meqalitin radio-karbon analizi sübut edib. İsveçin Göteborq universitetinin alimi Bettina Şults Polsson da məqalənin müəlliflərindən biridir və yazır:

"Biz əmin olduq ki, ilk meqalit tikililər məhz şimal-qərbi Fransada inşa edilib. Onlar Stounhencdən 2 min il əvvələ aiddir. Sonralar isə meqalitlər bütün Avropaya yayılıb. Maraqlıdır ki, meqalitlər materikin ortasında yox, sahildə, qədim dənizçilərin su yollarının keçdiyi ərazilərdə inşa edilib. Bunun sayəsində isə məlum oldu ki, layihələr məhz dənizçilər tərəfindən yayılıb və Stounhenc Fransadakı tikilinin surətidir. Bretan Avropada ilk meqalit tikililərin mənbəyidir".

Qeyd edək ki, bir sıra müstəqil tədqiqatçının fikrinə əsasən, Stounhenc ötən əsrin ortalarında inşa edilib və heç bir qədim dövrə aidiyyatı yoxdur

Alimlərdən Stounhenc abidəsi ilə bağlı YENİlİK- FOTO

Alimlərdən Stounhenc abidəsi ilə bağlı YENİlİK- FOTO


4 mart 2019
GO BACK