Qadin.NET / Katya Lel ölən sevgilisindən üzr istədi

Katya Lel ölən sevgilisindən üzr istədi

Katya Lel ölən sevgilisindən üzr istədi


Katya Lel 10 il bundan əvvəl dünyasını dəyişən sevgilisindən üzr istəyib.

Qadin.Net axşam.az -a  istinadən xəbər verir ki, 43 yaşlı ifaçı prodüseri Aleksand Volkovun məzarını ziyarət edib. 


Volkov evli olsa da, Katyaya sənətə başlayanda yardım edib. Həmin vaxt müğənninin 22 yaşı olub. Prodüser onu çox sevsə də, öz ailəsini atmayıb. Sevgidən başını itirən Volkov bütün biznesini atıb və Katyanın piarına gücünü qoyub. 

Hər şeyi Lelin ayaqları altına sərib: Londonda universitetdə təhsil, dünya ulduzları ilə eyni məktəbdə təhsil almaq, ən böyük konsert zallarında çıxışlar... 

Katya isə həmin ərəfədə onunla rəsmi nikah istəyib. Bunun mümkünsüz olduğunu görən ifaçı "Bir ailənin dağılmasının səbəbkarı ola bilmərəm" deyərək, prodüserlə yollarını ayırıb. Bundan sonra Volkov ağır xəstəliyə düşar olub. 

Bir gün İqor Krutoy Katyaya zəng edərək, "Saşa çox xəstədir, gəl onu gör" desə də, ifaçı inanmayıb. 2008-ci ildə Volkov vəfat edib və Almaniyada dəfn olunub. 10 il aradan sonra Katya ilk dəfə onun məzarını ziyarət edərək, keçmiş sevgilisi ilə vidalaşıb

3 mart 2019
GO BACK