Qadin.NET / Azərbaycanın su ehtiyatları azalır

Azərbaycanın su ehtiyatları azalır

Azərbaycanın su ehtiyatları azalır


İqlim dəyişikliyi ölkəmizə də öz təsirini göstərir. Elə bunun nəticəsidir ki, Azərbaycanın su ehtiyatları azalır.

Qadin.Net xezerxeber.az-a istinadən bildirir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ekoloji siyasət şöbəsinin sektor müdiri Mütəllim Əbdülhəsənov deyib.

Onun sözlərinə görə, hazırda ölkəmizdə təhlükəli vəziyyət müşahidə edilməsə də, çay sularında azalma baş verir.

Mütəllim Əbdülhəsənov deyib ki, hazırda qıtlığın olmaması üçün dövlət tərfindən ardıcıl layihələr icra edilir. Amma vətəndaşlar da diqqətli olmalı, şirin su ehtiyatlarından qənaətlə istifadə etməlidirlər. Xüsusilə suvarmada damcı sistemindən istifadə edilməsi və böyük müəssisələrin ən müasir texnologiyalarla təchiz olunması bu qənaəti təmin edə bilər.

Nazirlik rəsmisi əlavə edib ki, bu gün suvarma üçün istifadə edilən suyun 50 faizə qədəri itkiyə gedir. Azərbaycanda su mənbələrindən 12 milyard kubmetr su götürülür ki, bunu 8 milyardı istehlakçılara verilir, 4 milyardı isə texniki problemlərlə əlaqədar yolda itir.

3 mart 2019
GO BACK