Qadin.NET / HAVA necə olacaq?- 3 MART

HAVA necə olacaq?- 3 MART

HAVA necə olacaq?- 3 MART


Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, 

Bakıda və Abşeron yarımadasında

Dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Gecə saatlarında çiskinli olacağı ehtimalı var.

Cənub-qərb  küləyi səhər arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu  gecə 2-5° isti, gündüz  8-10° isti təşkil edəcək.

Bakıda gecə 3-5° isti, gündüz  8-10° isti təşkil edəcək.

Atmosfer  təzyiqi normadan aşağı 755 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək.

Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55 % olacaq.

Xəbərdarlıq

Martın 03-ü gün ərzində Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin 15-18 m/s,

arabir 20-23 m/s, yarımadanın bəzi yerlərində arabir 25 m/s-dək güclənəcəyi gözlənilir.

Tibbi-meteoroloji proqnoz

Martın 03-ü gün ərzində Abşeron yarımadasında arabir güclənən şimal-qərb küləyinin

əsəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Azərbaycanın rayonlarında

Bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman.  Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5° isti, gündüz  10-15° isti, dağlarda gecə 0-5° şaxta, gündüz  2-5° isti təşkil edəcək.

Xəbərdarlıq

 

Martın 03-də əsasən şimal və qərb rayonlarında hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyi 15-20 m/s, gündüz ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək.

2 mart 2019
GO BACK