Türkiyəli müğənni Sərdar Ortaç aranjimançı Emrah Karadumanla olan məhkəməsini uduzub.
Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, “Sen nereye kadar” adlı mahnısını Emraha aranjiman etdirən sənətçi nəzərdə tutulan 25 min lirədən (təxminən 7900 manat) ona cəmi 6 min pul ödəyib.
Bu isə Karadumanı özündən çıxarıb. Aranjimançı Sərdarı məhkəməyə verərək qalan 19 min lirə pulunu tələb edib.
Baş tutan məhkəmə prosesində Ortaçın vəkili aranjimanın istədikləri kimi edilmədiyini bildirərək, 19 min lirə ödənməsinə etiraz edib.
İclasın sonunda hakim Sərdarı qismən haqlı elan edib və Karadumana 14 min lirə ödəməsinə qərar verib