Qadin.NET / Martda 16 gün iş olmayacaq

Martda 16 gün iş olmayacaq

Martda 16 gün iş olmayacaq


Azərbaycanda mart ayının gəlişi həm də tətil ab-havası deməkdir.

Qadin.Net Milli.Az -a istinadən bildirir ki, bu il martda Beynəlxalq Qadınlar günü və Novruz bayramı ilə əlaqədar 7 qeyri-iş günü olacaq.

Belə ki, Novruz bayramı ilə əlaqədar 20, 21, 22, 23, 24 mart qeyri-iş günləri olacaq. Bu il bayram günü hesab edilən 23 və 24 mart həftələrarası istirahət günləri ilə üst-üstə düşdüyündən 25, 26 mart da qeyri-iş günü hesab ediləcək. Beləliklə, Novruz bayramı günlərində 20-26 mart tarixləri qeyri-iş günləri olacaq. İş günü 27 martdan hesablanacaq.

Bu barədə Baş nazir Novruz Məmmədov hələ ötən il dekabrın 19-da sərəncam imzalayıb.

Beləliklə, şənbə və bazar günləri də daxil olmaqla mart ayında 16 gün qeyri-iş günü olacaq. 

1 mart 2019
GO BACK