Qadin.NET / Yaponlardan SAQQAL QADAДћASI

Yaponlardan SAQQAL QADAДћASI

Yaponlardan SAQQAL QADAĞASI


Yaponların tarixi idman növü olan sumoda yeni qərarlar qəbul edilib.

Qadin.Net publika.az-a istinadən xəbər verir ki, Yaponiya Sumo Federasiyası idmançılara saqqallarını uzatmağı qadağan edib. Lakin bəzi idmançılar saqqallarının onlara uğur gətirdiyini deyərək, qərara etirazlarını bildiriblər.

Sumo Federasiyası bu qərarla yanaşı, idmançılara dırnaq uzatmağı və döymə (tatu) etdirməyi də qadağan edib.

Yaponiya Sumo Birliyinin üzvlərindən olan Oquruma da federasiyanın yeni qərarını dəstəkləyib:

"Bu, tarixi olan bir idmandır və uyğunsuz görüntülər olmamalıdır. Dohyo rinqi müqəddəs bir yerdir. İnsanlar sumonu izləməkdən zövq alırlar"

1 mart 2019
GO BACK