Qadin.NET / Hande anasından danışdı-FOTO

Hande anasından danışdı-FOTO

Hande anasından danışdı-FOTO


Xəbər verdiyimiz kimi, aktrisa Hande Erçelin anası Aylin Erçel bir müddət əvvəl dünyasını dəyişib.
Qadin.Net axşam.az-a istinadən xəbər verir, aktrisa anasını itirdikdən sonra ilk dəfə bu barədə danışıb. O, "Marie Clarie" jurnalına açıqlama verib:


"Allah heç kimə yaşatmasın. Çox darıxıram. Çox zaman susmağı seçirəm. Amma hər zaman susmaq onu yox saymaq sayılır. Günlərim içimdəki dərin acını yaşayaraq, bununla yaşamağı öyrənməyə çabalayaraq keçir. Çalışaraq həyata tutunuram. Təbii ki, ən böyük dəstəkçim atamdır. İzah edilə bilməyən hissdir".

Qeyd edək ki, A.Erçel xərçəng xəstəliyindən əziyyət çəkirdi

Hande anasından danışdı-FOTO


28 fevral 2019
GO BACK