Ukrayna “Eurovision 2019” mahnı müsabiqəsində iştirak etməyəcək.
Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, buna səbəb onların yarışmadan imtina etməsidir.
“İctimai Yayım Şurası milli seçim turundan olmayan istənilən ifaçını seçə bilərdi. Lakin bu alternativdən imtina edildi, çünki tamaşaçıların milli seçimlərdəki qərarlarına hörmətlə yanaşılır” deyə, Ukraynanın Milli Teleradio şirkəti məlumat yayıb.
Qeyd edək ki, ölkənin yarışmadan imtina etməsinə səbəb onların iştirakçılar qarşısında qoyduğu ağır şərtlər olub. Belə ki, öncə müğənni Maruv, sonra milli seçim turlarında ikinci yeri tutmuş “Freedom-Jazz Girls Band”, üçüncü yerin sahibi “Kazka” və “Brunnetes Shoot Blondes” qrupları yarışmada iştirak etməkdən imtina edib