Mila Kunis uzun müddətdir ailəli olduğu Eşton Katçerin Sevgililər günündə ona aldığı uğursuz hədiyyədən danışıb.
Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, Ellen Deceneresin şousuna qonaq olan Mila hədiyyənin təkcə onu yox, həyat yoldaşının özünü də məyus etdiyini söyləyib.
"Eşton mənə iki göyərçin hədiyyə etdi. Quşlar saxlayan birinə göstərdik, dedi ki, bunlar göyərçin yox, tutuquşudur. Ərimi çox sevirəm. Onun mənə bağışladığı hədiyyə gözəl fikir idi" deyə, o, açıqlamasında vurğulayıb