Prezident İlham Əliyev “Əmək pensiyaları haqqında” qanununda dəyişiklik edilməsi barədə qanunu imzalayıb.
Qanunun 6-1-ci maddəsinin mətni aşağıdakı redaksiyada verilir:
“Bu qanunun məqsədləri üçün əmək pensiyasının minimum məbləği 2019-cu il 1 mart tarixindən 160 manat məbləğində müəyyən olunur. Bu qanuna uyğun olaraq təyin edilmiş əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir”.
Qanun 2019-cu il martın 1-dən qüvvəyə minir