Qadin.NET / BÜRCLƏR bizə nə vəd edir? - 27 fevral

BÜRCLƏR bizə nə vəd edir? - 27 fevral

BÜRCLƏR bizə nə vəd edir? - 27 fevral


Qoç - münasibətləri aydınlaşdırmaq üçün düşərli zaman deyil. Karyeranız, işiniz və ya kommersiya fəaliyyətinizin hansısa formada asılı olduğu insanlarla ehtiyatlı davranın. Elektron hesablaşmada, yazışmada ehtiyatlı olun. Səhvlərə yol verməyin.

Günün ikinci yarısında maliyyə problemini ailə üzvləri ilə müzakirə etməyin. Pulla bağlı dartışma münaqişə yaratmamalıdır. Axşam saatlarında yeni münasibətlərə başlamayın. Hadisələrə süni təkanlar verməyin.

Buğa - diqqətli və sayıq olun. Rasional addımlar atın. Yüz ölçün, bir biçin. İrəliyə doğru tələsmədən hərəkət edin. Heç nədə ifrata varmayın. Estetik səciyyəli məsələlər sizi çox narahat etməməlidir.

Günün ikinci yarısında rasionunuza fikir versəniz, əhvalınız yaxşı olacaq. Allergiya, mədə pozuntusu, intoksikasiya riski var. Axşam saatlarını özünüzə həsr edin.

Əkizlər - ötənlərdəki uğursuzluqlar və şəxsi münasibətlərdəki problemlər əhvalınızı korlamasın. Özünüzü uğursuz insan saymayın. Ruhdan düşməyin, bədbinliyə qapılmayın. Səhvlərinizi etiraf edin.

Yanlışlıqların fəsadlarını aradan qaldırmaq üçün günün ikinci yarısında yetərincə vaxtınız olacaq.

Axşam saatlarında yeni tanışlıq istisna deyil. Amma bu təmasların ömrü uzun olmayacaq. Ötənlərdə sizdə mənfi təəssürat yaratmış insanla görüş ola bilər.

Təmkinli davranın.

Xərçəng - aqressiv, sərt olmayın. Yaxın ətrafınızdakı insanlar qarşısında ifrat tələblər qoymayın. Təriflənmək, təqdir olunmaq istəyirsiniz. Belə hisslərə qapılmayın. Diqqət mərkəzində olmağa can atmayın.

Günün ikinci yarısında həddən artıq enerji və zəhmət tələb edən işə başlamayın. Belə cəhdlərdə məna və fayda yoxdur. Dəvət aldığınız yerə axşam saatlarında yollanın. Özünüzü naqolay hiss etməyin.

Axşam saatlarında istirahət etməyə çalışın. 

Şir - hadisələrə təsir imkanlarına malik insanların fikri ideallarınızın əksi ola bilər. Xoşagəlməz məqamlar və mübahisələr var. Fəqət, heç bir halda seçdiyiniz yola şübhə etməyin. İndiyədək gərgin, qarışıq münasibətlərdə olduğunuz insanlardan biri yardım üçün müraciət edəcək. Aldanmayın.

Günün ikinci yarısında qonşular və dostlarla mübahisələr yarana bilər. Ailə üzvləri ilə sərt danışmayın. Heç bir halda ətrafınızdakı insanlara sərt təzyiq göstərməyə çalışmayın. Belədə işləri daha da korlaya bilərsiniz.

Qız - çoxdan başladığınız işləri bitirmək üçün uğurlu zamandır. Ötənlərdəki addımlarınızı təhlil edin, yeni həll variantları və irəliləyiş vasitələrini nəzərdən keçirin. Maliyyə fonu yaxşı deyil. Sayıq olun.

Yaxşı tanımadığınız insanlara günün ikinci yarısında güvənməyin. Sizi aldatmağa çalışacaqlar.

Şəxsi münasibətlərdə xatirələr durumu dəyişə bilər. Ötənlərdə var olmuş bir ünsürün çatışmazlığını hiss edəcəksiniz. İllüziyalara qapılmayın, məntiqlə hərəkət edin.

Tərəzi - ağır, ciddi işlər planlaşdırmayın. Uzaq yola çıxmayın. Bütün planları həyata keçirmək mümkün deyil. Mənasız cəhdlər, sadəcə, ifrat yorğunluq vəd edir. Bütün diqqəti cari işlərə yönəldin, qarşınıza kiçik məqsədlər qoyun. Başladığınız layihəni qüsursuz yerinə yetirməyə çalışın.

Günün ikinci yarısında əlavə gəlir mənbəyini aşkarlaya bilərsiniz. Zahiri görünüşünüzün qayğısına qalın. İmicinizi düşünün. Yarımçıq məsələləri bitirmək üçün axşam saatları sərfəlidir.

Gəzintiyə çıxa bilərsiniz.

Əqrəb - baş verənlərə fərqli aspektdən baxmağa çalışın. Hadisələr arasında ilk baxışdan sezilməyən əlaqə və ya bağlılığı sezə bilərsiniz. Ciddi olun, həllini tələb edən problemlərə barmaqarası baxmayın. Diqqəti əsas məsələyə yönəldin.

Öz maraqlarınızı unudub bütün vaxtınızı başqalarının çətinliklərinin həllinə sərf etməyin. Şəxsi münasibətlər kamillikdən uzaqdır. Problemləri həll etməyə başlamasanız, münasibətlər korlana bilər. Axşam saatlarında normal istirahət edin.

Oxatan - qayğıların, problemlərin, müşküllərin çox olduğu gündür. Yaddan çıxardığınız və ya təxirə saldığınız məsələləri həll etməli olacaqsınız. İkinci dərəcəli məsələləri aktual hesab etməyin. Gümrah olun. Qətiyyətli və iradəli davranın.

Günün ikinci yarısında xatirələrə qapılmayın. İfrat özünütənqid, ən kiçik səhvlərin böyüdülərək faciəvi yanlışlıq həddinə çatdırılması əhvalınızı korlaya bilər. Özünüzü bütün məqamlara görə suçlamayın. Uğurlarla bahəm, yanlışlıqlar da gərəkli yaşam təcrübəsidir.

Oğlaq - görüldən işlərdən narazılıq hissi yarana bilər. Yeni yüksəkliklər fəth etmək istəyirsinizsə, sizə mane olan sədləri aşın. İşlərdə optimal nəticəyə nail olmaq istəyirsinizsə, kənar təsir altında olmayın. Ruhdan düşməyin. Durumu real dəyərləndirin, perfeksionizmə qapılmayın. Vasvasılıq ziyandır.

Günün ikinci yarısında tələsməyin, problemləri tədricən həll edin. Kiçik detallar, xırdalıqlar sizi sinirləndirməsin.

Axşam saatlarını səmimi ortamda keçirin. Yaxınlarınızla təmaslarda soyuqqanlı və laqeyd olmayın. Əks təqdirdə cavab reaksiyası ilə qarşılaşacaqsınız.

Dolça - çoxdan bəri həllini tələb edən problemlərdən biri yenidən gündəmə gələcək. Sədlərlə maneələri sürətlə aradan qaldırmaq cəhdləri heç bir nəticə verməyəcək. Durumdan çıxış yolu tapmağa çalışın. Çətinliklər sizi qorxutmasın.

Günün ikinci yarısında romantik əhval-ruhiyyədə olmayın. Sevdiyiniz insandan uzaqda olsanız da, onu unutmayın. Nikbin olun, bədbinliyə qapılmayın.

Axşam saatlarını ailə üzvlərinizə həsr edin.

Balıqlar - günün ilk yarısından etibarən situasiya gərgin olacaq. Əsla nəzərdə tutulmamış hadisələr baş verə bilər. Dəstəyə, maddi və mənəvi yardıma ehtiyacınız var. Kimin əsl dost, kimin də sizdən sui-istifadə etməyə çalışan insan olduğunu araşdırın. Dostlarla tanışları ayırd edin.

Günün ikinci yarıında alış-veriş zamanı bədxərclik etməyin. Sərfiyyata fikir verin. Yaşam potensialınızın yüksək olduğu dövrdür. Bir sıra məsələləri həll etmək olar.

Axşam saatlarında normal istirahət etməyə çalışın.

27 fevral 2019
GO BACK