Qadin.Net lent.az-a istinadən iki min il boyunca maraqla oxunan ən məşhur kitabları təqdim edir.
Herodot "Tarix"
Eramızdan əvvəl 484-425-ci illərdə yaşadığı güman edilən Halikamasoslu Herodot tərəfindən qələmə alınan əsər Herodotun səyahət zamanı gördüyü yerlər və şahid olduğu hadiəsələr, gördüyü insanlar haqqında bir mətndir. Ancaq kitabın əsas mövzusu Fars imperiyası və antik yunan şəhər dövlətləri arasında baş verən döyüşlərdir.
Homer "İliada və Odesseya"
Əsər Troya müharibəsindən bəhs edir və dövrün yaşayış, mədəniyyət, inanc və döyüş texnikası haqqında məlumatlar almaq olar. Homer tərərfindən yazılan kitab antik dövrdən günümüzə gəlib çatmış ən qədim Qərb ədəbiyyatı nümunəsi sayılır.
Fukidid "Poleponnes müharibəsi"
Fukidid qələmə aldığı əsərdə özünün də qoşulduğu Poleponnes müharibəsindən bəhs edir. Eramızdan əvvəl V əsrdə yaşayan tarixçi qələmə aldığı hadisələri xroniki ardıcıllıqla düzüb tamamlamışdır.
Strabon "Coğrafiya"
Strabon eramızdan əvvəl 64-cü, eramızın 19-cu illəri arasında yaşamış coğrafiyaçı səyyah, filosof və tarixçidir. Coğrafiya əsəri ümumilikdə 17 kitabdan ibarətdir. Əsər Antik dünyadan bəhs edir.
Ksenefon Anabasis
E.ə. 430-355-ci illərdə yaşamış tarixçi Sokratın tələbəsidir. Kitabda Fars imperatoru II Artakserksesin qardaşı Gənc Kirin taxtı ələ keçirmə mübarizəsindən, bu yolda vuruşan muzdlu əsgərlərin hekayələrindən bəhs edir.