Kolumbiyalı müğənni Şakira ilə bağlı İspaniyada vergidən qaçma iddiası ilə araşdırma başladılıb.
Qadin.Net axşam.az-a istinadən xəbərinə görə, Barselonadakı "Esplugues de Llobregat" məhkəməsinin müğənni ilə bağlı şikayəti qəbul etdiyi bildirilib.
Şakira ifadə vermək üçün iyunun 12-də məhkəməyə çağrılıb. Məhkəmə mənbələri ifaçı ilə bağlı araşdırmada digər qurumlarla işbirliyinə hazır olduğunu deyib.
Hakimə təqdim edilən sənədlərdə Şakiranın vergi ödəməmək üçün yaşadığı yer kimi Baham adalarını göstərməsi, 2012-2014-cü illərdə 6-ya qədər maliyyə səhvi edərək 14,5 milyon avro vergi qaçırdığı deyilib.
Məhkəməyə görə 2012-2014-cü illərdə barselonalı futbolçu Jerard Pik ilə birlikdə olduğu üçün İspaniyada yaşadığı və "Esplugues de Llobregat"da ev satın aldığı sübut olunan Şakiranın ölkədə də vergi ödəməsi mütləqdir.
İspaniya qanunlarına görə 6 aydan artıq bu ölkədə yaşayan vətəndaş vergi ödəyicisi hesab edilir.