Ötən gün “Oskar” mükafatlarına damğa vuranlardan biri də “Bohemian Rhapsody” filmi ilə Rami Malek olub.
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, onun mərasim üçün istifadə etdiyi “baboçka” (kəpənək-qalstuk) sözünə baxmayıb.
Belə ki, mərasim boyu qarşısına çıxan bütün məşhurlar Raminin aksessuarının düzgün dayanması üçün ona düzəliş verib. Ancaq onların bütün cəhdləri boşa çıxıb.
Bu anlar isə fotoqrafların obyektivinə tuş gəlib.