İctimai Televiziya və Radio Yayımları Şirkətində baş verən köklü dəyişikliklərdən sonra Azərbaycan nümayəndə heyəti son sürətlə “Eurovision”a hazırlığını davam etdirir.
Qadin.Net publika.az-a istinadən bildirir ki, müsabiqənin rəsmi səhifəsi “Infe Azerbaijan”a istinadən xəbər veri ki, 4 finalçının (Tofiq Hacıyev, Çingiz Mustafayev, Ləman Dadaşova və Samirə Əfəndi) ifasında Azərbaycanın gələcək “Eurovision” mahnısnın demo-versiyaları yazılıb.
Məhz bu mərhələdən sonra milli münsiflər heyətinin qərarı ilə Azərbaycanın Təl-Əvivdə keçiriləcək 640-cü “Eurovision” mahnı müsabiqəsindəki təmsilçisi ilə bağlı son qərar veriləcək.
Azərbaycanı təmsil edəcək ən yaxşı ifaçı və mahnının İctimai Televiziya tərəfindən mart ayının ilk on günlüyündə (7-10 Mart) ictimaiyyətə təqdim olunacağı gözlənilir