Qadin.NET / Yüz ilin ən güclü QARı yağdı

Yüz ilin ən güclü QARı yağdı

Yüz ilin ən güclü QARı yağdı


ABŞ-ın Arizona ştatına 100 ilin ən güclü qarı yağıb.

Qadin.Net qaynarinfo-ya istinadən xəbər verir ki, ştatda qarın qalınlığı bir metrə çatır.

Arizonanın Nəqliyyat Departamenti sürücüləri ştatın şimalına səfər etməməyə çağırıb. Yollarda qalan sürücülər son sutka ərzində yardım üçün polisə 400 dəfə zəng ediblər. Sinoptiklərin məlumatına görə, yaxın günlərdə ştat ərazisinə daha 7-8 santimetr qar yağacağı gözlənilir.

Hava şəraitinə görə Flaqstaff şəhərində fövqəladə vəziyyət rejimi elan olunub.

Qeyd edək ki, bundan əvvəlki rekord 104 il bundan öncə qeydə alınmışdı. Həmin zaman Flaqstaff şəhərinə 79 santimetr qar yağmışdı.

24 fevral 2019
GO BACK