Qadin.NET / HAVA necə olacaq?- 25 fevral

HAVA necə olacaq?- 25 fevral

HAVA necə olacaq?- 25 fevral


Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək.

Gün ərzində bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu  gecə 3-5° isti, gündüz  7-9° isti,

Bakıda gecə 3-5° isti, gündüz  7-9° isti təşkil edəcək.

Atmosfer  təzyiqi normadan yüksək 768 mm civə sütunu təşkil edəcək. 

Nisbi rütubət gecə 80-90 %,  gündüz  60-70 % olacaq.

Azərbaycanın rayonlarında

Gün ərzində bəzi yerlərdə yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Böyük Qafqazın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Gecə və səhər ayr-ayrı yerlərdə duman. Qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 0-5° isti, gündüz 8-13° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz  3-7° isti  təşkil edəcək.

24 fevral 2019
GO BACK