Hindistanda yaşayan bir şəxs sevgilisi öldükdən sonra kobra ilanı ilə evlənib.
Qadin.Net ölkə.az-a istinadən bildirir ki, Sandip Patel 5 il qəm-qüssədə yaşadıqdan sonra belə bir addım atıb. Görəsən niyə 27 yaşlı Sandip 3 metrlik kobra ilə evlənmək qərarına gəlib? Məlum olub ki, onun ölən sevgilisinin ruhu ilanın bədəninə köçüb. Daha doğrusu, Sandip belə düşünür. Qəribədir ki, cütlük evləndikdən sonra vaxtını birlikdə keçirir. Sandip kobra ilə televizora baxır, müxtəlif oyunlar oynayır, təbiətə çıxır və idman zalında məşq edir. Bununla belə, Uttar-Pradeş ştatının polisi Sandipə ilanla rəsmi evlənməyə icazə verməyib.