Estoniyanın Parnu çayındakı bəndin işçiləri buzlu çay sularında ilişib qalan "iti" xilas edəndən sonra onu maşınla baytara aparıblar.
Müayinə vaxtı məlum olub ki, dördayaqlı pasient it yox canavar imiş
Canavarı qismən buz bağlamış çaydan xilas edən işçilərdən biri heyvanın çox sakit və halsız odluğunu təsvir edib.
"Onu dərədən yuxarı qaldırmalı olduq. Kifayət qədər ağır idi. Çox sakit idi. Ayaqlarımın üzərində yatdı", - Rando Kartsepp yerli Postmees qəzetə müsahibəsində deyib.
Canavarın müqavimətsiz, sakit davranışı soyuq suda qan təzyiqinin kəskin şəkildə aşağı düşməsi ilə izah edilə bilər, Estoniya Heyvanları Müdafiə Cəmiyyətinin mütəxəssisləri bildirir.
Heyvanın özünə gələndən sonra sakit qalmayacağından ehtiyat edən baytarlar canavarı müalicədən sonra "hər təsadüfə qarşı" qəfəsə qoyublar.
Daha sonra canavar yenidən azadlığa buraxılıb.