Qadin.NET / Kənd milyonçular məhləsinə çevrildi

Kənd milyonçular məhləsinə çevrildi

Kənd milyonçular məhləsinə çevrildi


Surrey qraflığındakı Kobhem İngiltərədəki adi kəndlərdən biri idi. Lakin indi ora milyonçuların yaşadığı məkana çevrilməkdədir.

Qadin.Net Milli.Az -a istinadən bildirir ki, kənddəki evlərin əksəriyyətinin qiyməti hazırda minimum 2 milyon funt-sterlinqdir. İş o yerə çatıb ki, kənddəki poçtxanada belə, müştərilərə "Dom Perignon" şərabı təklif olunur.

Kənddəki evlərin bahalaşması məşhurların buraya köç etməsi və daşınmaz əmlak almalarından sonra başlanıb. Kobhemin yeni sakinləri arasında tennis ulduzu Endi Mürrey, aktyor Brayan Blessed, futbolçular Piter Krauç və Con Terri də var.

Milyonçuların ümumi sayına görə isə Britaniyada lider məkan əvvəlki təki Londondur. Ölkə paytaxtında 395.871 milyonçu yaşayır.

 

22 fevral 2019
GO BACK