Qalapaqos adalarında nəsli hələ 100 il əvvəl kəsilmiş sayılan nəhəng tısbağa tapılıb.
Qadin.Net AzərTac-a istinadən bildirir ki, bu barədə Ekvadorun ətraf mühit naziri Marselo Mata məlumat verib.
Onun sözlərinə görə, bu qeyri-adi tapıntı Qalapaqos parklarının rəhbərliyi və adaların qorunub saxlanılması üzrə qrup tərəfindən təşkil edilmiş ekspedisiyanın iştirakçılarına aiddir. Onlar Ferdinand adasında "Chelonoidis Phantasticus" növündən olan dişi tısbağa aşkar ediblər. Bu növün indiyə qədər alimlərə məlum olan yeganə nüsxəsinə 1906-cı ilin aprelində Kaliforniya Akademiyasının ekspedisiyası zamanı təsadüf edilib. Bioloqlar onu "Şimal adasının tısbağası" adlandırıblar. Hesab edilir ki, tısbağanın bu növü ötən əsrlərdə baş vermiş vulkan püskürmələri zamanı tələf olub