Sibirin Kemerovo şəhərinə qara qar yağıb.
Qadin.Net ölkə.az-a istinadən bildirir ki, daş kömür şəhərin yeganə gəlir mənbəyidir. Qara qar yerli sakinlər arasında panikaya səbəb olub. Rəsmilər isə ətrafdakı kömür mədənlərinən çıxan toza görə qarın qara rəngdə yağdığını bildirirlər.
Yerli sakinlər isə qarla oynayan uşaqların zəhərlənməsindən qorxurlar. Kemerovadakı müəssisələrdən birinin rəhbəri bildirib ki, emal edilən kömür tozunun havaya sızmasının qarşısını almaq üçün quraşdırılan qurğulardan biri xarab olub və kömür tozu havaya sızıb.