Acun Ilıcalının qalmaqallı sevgi münasibətləri gündəmdən düşmür.
Qadin.Net axşam.az -a xəbər verir ki, türk mətbuatı onun “Miss Turkey 2015” gözəli Melike Tanerlə eşq yaşadığını iddia edir.
Buna səbəb isə bu günlərdə Melike Tanerin “Survivor”un çəkilişlərinin getdiyi Dominikana getməsidir. Belə ki, Melike İnstaqramdakı profil fotosunda Acunun şəxsi təyyarəsinin qarşısında foto çəkdirib.
Daha sonra “Survivor”un çəkiliş meydançasından İnstaqram “Story”də paylaşımlar edir.
Ötən gün Acunun Şeyma Subaşıdan ayrılandan sonra adının sevgi münasibətində hallandığı Itır Esenin restoranların birində ağlaması da iddiaları gücləndirib.
Lakin Ilıcalı sosial media hesabında açıqlama yayıb.
O, paylaşımında "Melike Taner adlı xanımı görməmişəm, eşitməmişəm və tanımıram" sözlərini yazıb.