Qadin.NET / BRIT Awards: yaxşıların yaxşıları seçildi-SİYAHI

BRIT Awards: yaxşıların yaxşıları seçildi-SİYAHI

BRIT Awards: yaxşıların yaxşıları seçildi-SİYAHI


Londonun Şimali Qrinviç səmtindəki "O2 Arena"da Britaniyanın musiqi sahəsində ən nüfuzlü mükafatı sayılan "BRIT Awards"ın (The Britts) təqdimat mərasimi keçirilib.

Ötən il mərasimin aparıcısı olmuş ingils komik Cek Uaytholl builki mərasimdə də səhnədə aparıcılıq edib.

Şounun açılışında amerikalı aktyor, Hollivud ulduzu Hyu Cekman "The Greatest Showman" filmindən "The Greatest Show" kompozisiyasını ifa edib.

Qadin.Net Milli.Az -a istinadən bildirir ki, "The 1975" qrupu "Britaniyanın ən yaxşı musiqi kollektivi" nominasiyasında qalib gəlib.

Kanadalı reper Dreyk "Ən yaxşı əcnəbi ifaçı" sayılıb.

Amerikalı Beyonse Nouls və onun əri, reper Cey Zi "Ən yaxşı əcnəbi qrup" seçiliblər.

DJ Kelvin Harris "Ən yaxşı prodüser" və "One Kiss" mahnısına görə "Britaniyanın ən yaxşı sinqli" mükafatlarını alıb.

Amerikalı müğənni Pink "Musiqi biznesinə möhtəşəm töhfələrinə görə" mükafatına layiq görülüb. O, "The Britss" alan ilk əcnəbi sənətçidir.

Corca Smit "Britaniyanın ən yaxşı qadın müğənnisi", Corc Ezra isə "Britaniyanın ən yaxşı kişi müğənnisi" seçilib.

Kelvin Harrisin Dua Lipa ilə birlikdə ifa etdiyi "One Kiss" mahnısı "İlin sinqli" seçilib.

"Little Mix" qrupu favorit sayılsa da, "İlin qrupu" seçilməyib. Qrup Niki Minajla birlikdə ifa etdiyi "Woman like me" mahnısının videoklipinə görə "İlin videoklipi" mükafatını alıb.

Mükafatı alandan sonra Pink "Walk Me Home", "Just like Fire", "Just Give Me a Reason", "Try" i "What About Us" mahnılarından ibarət popurri ifa edib.

BRIT Awards: yaxşıların yaxşıları seçildi-SİYAHI

BRIT Awards: yaxşıların yaxşıları seçildi-SİYAHI


13 fevral 2019
GO BACK