“Eurovision”da bu il Xorvatiyanı təmsil edən ifaçı Roko Blazeviçin çıxışı qalmaqal yaradıb.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, müsabiqənin rəsmi səhifəsi “Infe Azerbaijan” səhifəsinə istinadən xəbər verir ki, 18 ildir top 10-luğa daxil ola bilməyən Xorvatiya yenidən "DORA" adlı milli seçim turu ilə İsrail üçün öz təmsilçisini seçib.
Bu il “The Dream” adlı mahnı ilə ölkəni Roko Blazeviç 64-cü “Eurovision” mahnı müsabiqəsində təmsil edəcək. Lakin Rokonun ölkəsində onun mahnısından daha çox səhnə obrazı danışılır. Buna səbəb müğənninin səhnə obrazının oğurluq olmasıdır. Yerli media ifaçını plagiatçılıqda günahlandırır. Məsələ ondadır ki, ölkənin İsraildəki siması Azərbaycanın adıçəkilən müsabiqədə ilk təmsilçiləri Elnur və Samirin səhnə obrazını istifadə etməkdə günahlandırılır. Roko Azərbaycan təmsilçiləri kimi kristal-ağ libas və mələk qanadlarında mahnısını ifa edib