Reynmen baxış sayı 100 milyonu keçən klipi "Dərdim olsun"u "Youtube"dan silib.
Qadin.Net axşam.az-a istinadən bildirir ki, o, bu barədə sosial media hesabında məlumat verib.
Reynmen açıqlamasında bu sözləri deyib:
"Klipim 200 milyon izlənməsə də olar. Dərdim oldu. İstəmirəm. O mahnı ilə bu səviyyəyə çatmamışam. Sabah da onunla var olmayacam".
Qeyd edək ki, klipin "Mahna mahna killer" qısa filmindən oğurlandığı və baxış sayının saxta olduğu iddia edilirdi.