Türkiyənin Tokat bölgəsində yaşayan bir ailə “Çukur” serialına görə soyadlarının dəyişərək Koçovalı edib.
Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, evli və iki uşaq atası olan sürücü Mehmet Koçovalının əvvəlki soyadı “Verir” imiş. Onlar yeni dünyaya gələn nəvələrinə də serialdakı “Yamaç” obrazının adını verməyi planlaşdırır
“Oğlum serialı çox sevir. Övladının adını “Yamaç” qoyacaq. Amma hələ onun qız və ya oğlan olacağı bəlli deyil” deyə, Mehmet söyləyib.
Qeyd edək ki, “Çukur” serialı iki mövsümdür yayımlanır. Seriallarda baş rolları Aras Bulut İynemli, Dilan Çiçek Deniz və Perihan Savaş canlandırır.