Ötən gün axşam saatlarından başlayan yağış səhərə doğru qar ilə əvəz olunub.
Qadin.Net Milli.Az-a istinadən xəbər verir ki, beləcə təxminən iki ilə yaxındır qar həsrətində olan paytaxt sakinləri arzularına çatıb.
Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında fevralın 19-da yağışın sulu qar ilə əvəz olunacağı proqnozlaşdırılmışdı.
Hal-hazırda Bakıya qar yağmaqda davam edir: