“İstanbullu gelin” serialı ilə İsraildə məşhurlaşan türkiyəli aktyor Berkay Hardal Hollivud ulduzları kimi qarşılanıb.
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, ticarət mərkəzlərinin birində gerçəkləşən fanatlarla görüş gecəsinə 5 min adam qatılıb.
Serialda “Murat Boran” obrazını canlandıran sənətçi 4 gün İsraildə qalıb.
Orada geyim brendlərindən birinin siması seçilən Berkayın qaldığı otelə fanatları hücum çəkib. Onu görmək üçün saatlarla gözləyən heyranları mühafizəçilərə çətin anlar yaşadıb.