Qadin.NET / Qeyri-adi hamiləlik tarixə düşdü-FOTO

Qeyri-adi hamiləlik tarixə düşdü-FOTO

Qeyri-adi hamiləlik tarixə düşdü-FOTO


Baş ağrısı ilə xəstəxanaya gedən yeniyetmə orada doğum edib.

Qadin.Net Milli.Az -a istinadla xəbər verir ki, qarnında şişkinlik olmayan 18 yaşlı qadın baş ağrısı ilə xəstəxanaya gedib. 4 günlük komaya düşən Ebony Stevenson ayılanda övladının dünyaya gəldiyini görüb.

Axşam saat 8:30-da halı pisləşən Eboni anidən yerə yıxılıb. Onun anası evə təcili tibbi yardım çağırıb. Hadisə yerinə gələn həkimlər qızın hamilə olub-olmadığını soruşublar.

4 gün sonra komadan ayılıb, ana olduğunu eşidən qadın təəccüblənib. 18 yaşlı Eboni bildirib ki, hamiləliyindən xəbərsiz idi. O, doğuma qədər qusmayıb, mensturasiyasında geciklmələri olmayıb.

Həkimlər bildirib ki, kollecdə oxuyan qızın iki uşaqlığı olub. Onun biri vasitəsi ilə mensturasiya normal qaydada davam edib, digərində isə döl inkişaf edib. Onun Elodie adlı qızı bədəninin arxa hissəsində böyüdüyünə görə qarnında hiss olunacaq dərəcədə şişkinlik olmayıb.

İngiltərənin Mançester şəhərinin Oldhem qəsəbəsində yaşayan Eboni açıqlamasında yaxın 10 il ərzində övlad sahibi olmağı planlaşdırmadığını söyləyib.

"Mən uşaq dünyaya gətirmək istəmirdim. Yaxın 10 il ərzində belə bir planım yox idi. Komadan ayılıb, uşaq dünyaya gətirdiyimi söyləyəndə inana bilmirdim. Bu, möcüzə idi".

Qeyri-adi hamiləlik tarixə düşdü-FOTO

Qeyri-adi hamiləlik tarixə düşdü-FOTO

Qeyri-adi hamiləlik tarixə düşdü-FOTO

Qeyri-adi hamiləlik tarixə düşdü-FOTO


18 fevral 2019
GO BACK