Boliviyadakı güclü zəlzələ alimlərə Yerin yuxarı və aşağı mantiya qatları arasındakı sərhədin strukturunu tədqiq etməyə imkan yaradıb.
Qadin.Net ölkə.az-a istinadən bildirir ki, bu sərhəd nəhəng dağ zirvələri və dərin yarğanlarla əhatəlidir. Nəticələr "Science" jurnalında dərc edilib.
Çinli alim Zvenbo Vu deyib:
"Mantiya qatları arasındakı sərhəd planetin səthindən daha sərtdir. Yeraltı dağlar yerüstü dağlardan daha hündürdür. Biz onların dəqiq hündürlüyünü hesablaya bilməmişik amma görünür ki, Yerdəki istənilən zirvədən hündürdürlər".