Müğənni Orhan Gencebay və həyat yoldaşı Sevim Emre "Donuz qripi"nə yoluxub.
Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, ikili xəstəxanaya yerləşdirilib.
O.Gencebay artıq xəstəxanadan çıxarılsa da, xanımı hələ də müalicə olunur.
Müğənni xəstəliyi barədə açıqlamasında bu sözləri deyib:
"Bizim xəstələnib müalicə olunmağımız vacib deyil. Allahın köməyi ilə öhdəsindən gələrik. Əsas odur ki, sevənlərimizə heç nə olmasın. Hazırda yaxşıyam"