Böyük Britaniya hersoginyası Keyt Middlton “Gucci”dən olan çəhrayı ziyafət libası ilə göz qamaşdırıb.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, dünən axşam Londonun Viktoriya və Albert Muzeyində "100 qadın maliyyəçilər" adlı xeyriyyə şam yeməyi keçirilib. Təntənəli tədbir üçün 37 yaşlı Keyt “Gucci”dən çəhrayının bir neçə çalarlarından ibarət füsunkar libas seçib. Şahzadə xanım obrazını qırmızı məxmər lentlə vurğulayıb. O, paltarını klatç və çəhrayı iri brilyant sırğa ilə tamamlayıb. İdeal saç düzümü və çəhrayı tonlarda makiyaj Keytin obrazını başa vurub