Keti Perri və Orlanda Blum Sevgililər günündə özlərinə sürpriz ediblər.
Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, ötən gün cütlük nişanlanıb. Müğənni bu xəbəri İnstaqram izləyiciləri ilə bölüşüb.
34 yaşlı Keti 42 yaşlı Orlandoya ərə getməyə hazırlaşdığını bildirib. Üç ildir birlikdə olan sevgililər toyun vaxtını hələ dəqiqləşdirməyiblər.
Qeyd edək ki, Orlando bundan əvvəl model Miranda Kerr ilə ailəli olub.