Qadin.NET / Kaskadyorlar ÜSYAN etdilər-FOTO

Kaskadyorlar ÜSYAN etdilər-FOTO

Kaskadyorlar ÜSYAN etdilər-FOTO


ABŞ-da Kaskadyorlar Assosiasiyası belə bəyanat yayaraq "Oskar" mükafatlarının təqdimat mərasimini boykot etmək qərarına gəlib.

Qadin.Net Milli.Az-a istinadən bildirir ki, tryuk ustalarının "The Stand Up For Stunts" adlı hərəkatı sosial şəbəkələrdə sürətlə populyarlaşır.

Qrupun paylaşımlarında deyilir: "Bu il 91-ci "Oskar" mərasimi keçiriləcək. Filmlərdə təhlükəli tryukları yerinə yetirən peşəkarlar üçünsə hələ də kateqoryia və nominasiya yoxdur. Bizi dəstəkləyin, #StandUPforStunts hərəkatına qatılın".

"Stand Up For Stunts" qrupunun bəyanatını artıq 100 min nəfər dəstəkləyib.

"Filmlərdə dəfələrlə yaralanmışam, travmalar almışam. İki dəfə travmalarım çox ağır olub. Lakin əvəzlərinə tryukları yerinə yetirdiyim aktrisalar mənə bir dəfə olsun, minnətdarlıq etməyiblər", - kaskadyor Cazzi Ellis deyib.




15 fevral 2019
GO BACK