100 min doğuşda bir dəfə müşahidə edilən hadisə olub: yeni dünyaya gələn oğlan zədələnməmiş amniotik kisədə doğulub.
Qadin.Net Milli.Az -a istinadən bildirir ki, olay Braziliyanın EspirituSantu ştatındakı Vila Velya şəhərindəki "Praia da Costa Hospital"da yaşanıb.
Noa Valasko amniotik kisədə idi. Anası Monika Valasko onu unikal "qoruyucu qılav"da doğmuşdu.
Noa indi hospitalın intensiv terapiya bölməsindədir.