Türkiyənin məşhur müğənnisi Mahsun Kırmızıgül qulluqçu tərəfindən soyulan anasına məhkəmədə tərcüməçilik edəcək.
Qadin.Net teleqraf-a istinadən xəbər verir ki, 90 yaşlı Faiqə Arık yalnız kürd dilində danışmağı bacardığı üçün müğənni oğlunun yardımından yararlanacaq.
Faiqə Arıkın vəkili isə Mahsun Kırmızıgülün həyat yoldaşı Ece Kırmızıgüldür.
Vəkil açıqlamasında qayınanasının türkcə zəif bildiyini və yalnız oğlunun onun sözlərini tərcümə edə bildiyini söyləyib.
İlkin məhkəmə prosesində oğurluqda ittiham olunan qulluqçu və digər saxlanılanlar ifadə verib. Məhkəmə yaşı və səhhəti nəzərə alınaraq Faiqə Arıkın yaxını ilə iş saatlarında gəlib ifadə verməsi üçün qərar verib.
Qeyd edək ki, müğənninin anasına qulluq etmək üçün işə başlayan türkmənistanlı Müəssər adlı qadın ötən ilin noyabrın 5-də evi soyaraq təxminən 1,5 milyon lirə dəyərində olan pul və zinət əşyalarını aparıb