Məşhur amerikalı müğənni Selena Qomes depressiyadan qurtulub. Üstəlik, o, bir qədər kökəlib.
Qadin.Net Milli.Az -a istinadən bildirir ki, 26 yaşlı Selena Qomes Meksikada yaxın rəfiqəsinin toyuna qonaq olub.
İnstagram-dakı profilində yeni fotolarını paylaşan S.Qomesin kökəldiyi nəzərdən qaçmayıb.
"Ən yaxşı, ən yaxın rəfiqəm ərə gedir. Onu təbrik edirəm. Gələcək Lopesə uğurlar!", - Selena Qomes İnstagram profilində yazıb.
Aylar əvvəl depressiyaya düşmüş Selena Qomes reabilitasiya mərkəzində müalicə olunmuşdu.