Qadin.NET / Misirdə Xeops ehramı bu yolla tikilib-Qədim papirus tapıldı

Misirdə Xeops ehramı bu yolla tikilib-Qədim papirus tapıldı

Misirdə Xeops ehramı bu yolla tikilib-Qədim papirus tapıldı


Bir neçə əsrdir ki, Xeops ehramının necə inşa edildiyi barədə mübahisələr elm aləmində səngimək bilmir.

Qadin.Net ölkə.az-a istinadən bildirir ki, arxeoloqlar bu yaxınlarda qədim papirus tapıblar. Papirusda misirlilərin iki tonluq daşları və qraniti 800 km uzaqlıqdan necə gətirdikləri təsvir edilib.

Tikinti üçün qranitin Gizadan 800 km uzaqda yerləşən Asuanedən gətirildiyini alimlər çoxdan bilirlər. Daşlar isə Turdan gətirilib. Amma bu günə qədər də alimlər nəqliyyat məsələsində yekdil fikrə gələ bilməyiblər.

Qədim sənədə əsasən, xüsusi işçilər 170 min ton daşı bir-biri ilə kəndir vasitəsilə bağlanan qayıqlarla Nil çayından, sonra isə xüsusi kanallardan keçiriblər. Piramida inşa edilən yerin yaxınlığındakı daxili  liman son nöqtə imiş

Papirus Vadi əl-Carf dəniz limanında aşkar edilib. Texnologiya barədə papirusda 40 nəfərlik işçi qrupuna rəhbərlik edən Merer məlumat verib. Bu günə qədər bu sənəd piramida inşası barədə birinci əldən məlumat verən yeganə sənəddir.

Merer qeyd edir ki, onun komandası dambalar açır, Nildən suyu süni kanallara axmasını təmin edib

Misirdə Xeops ehramı bu yolla tikilib-Qədim papirus tapıldı

Misirdə Xeops ehramı bu yolla tikilib-Qədim papirus tapıldı

Misirdə Xeops ehramı bu yolla tikilib-Qədim papirus tapıldı


13 fevral 2019
GO BACK