Ən müxtəlif məmulatların (butulka qapaqları, elmi alətlər) yaradılmasında istifadə edilən daha geniş yayılmış termoplastik tipi olan poliolefinin emalı texnologiyası hazırlanıb.
Qadin.Net teleqraf-a istinadən xəbər verir ki, yeni texnologiya kimya professoru Linda Vanın rəhbərliyi altında ABŞ-ın Perdyu Universitetinin alimləri tərəfindən yaradılıb.
Emal nəticəsində polimerlər, naftu (karbohidrogen qarışığı) və hər cür yanacaq növləri daxil olmaqla bir çox qiymətli məhsullar istehsal ediləcək.
Linda Van və onun həmkarları "hidrotermal mayeləşdirmə" adlı texnologiyadan istifadə ediblər.
Sözügedən texnologiya materialların yüksək təzyiq altında orta temperaturadək qızdırılmasını nəzərdə tutur, bu da onları bir çox qiymətli karbohidrogen birləşməsindən ibarət olan neftə çevirir.
Xatırladaq ki, 2015-ci ilə olan məlumata görə, hər il 12,7 milyonadək ton plastik tullantı dünya okeanına atılır