İtaliyada "San-Remo" musiqili yarışmasında qalib olan Alessandro Mahmud "Eurovision"da iştirak hüququ əldə edib.
Qadin.Net qafqazinfo-ya istinadən xəbər verir ki, o, müsabiqə şərtlərinə uyğun olaraq birbaşa beynəlxalq layihəyə getmə şansı qazanıb.
Səsvermədə qalib olan Mahmud isə mətbuata açıqlamasında hər kəsi təəccübləndirib. O, "Eurovision"a gedib-getməyəcəyi barədə qəti fikrinin olmadığını, bu mövzuda qərarsız qaldığını qeyd edib.