Kanada sakini “49-dan 6” milli lotereyasında 5 milyon Kanada dolları (3,8 milyon ABŞ dolları) udub.
Qadin.Net teleqraf-a istinadən xəbər verir ki, bunu lotereyanın təşkilatçısı olan OLG şirkətinin nümayəndəsi bildirib. “Düşən nömrələr 1, 24, 35, 41, 42 və 49, bonus rəqəmi -18”, - deyə təşkilatçı dəqiqləşdirib. Udmuş bileti Britaniya Kolumbiyası əyalətinin sakini alıb.
Ölkə tarixində “49-dan 6” lotereyasında 64 milyon Kanada dolları məbləğində ən böyük cekpot 2015-ci ildə oynanılıb. 2015-2018-ci illərdə 60 milyon ABŞ dolları məbləğində daha bir neçə cekpot isə digər populyar Lotto Max lotereyasında qeydə alınıb. Bu uduşların məbləği orta hesabla 46 milyon ABŞ dolları təşkil edib