Qadin.NET / Türkiyədə fantastik büdcəli hind toyu -FOTO

Türkiyədə fantastik büdcəli hind toyu -FOTO

 

Türkiyədə fantastik büdcəli hind toyu -FOTO



 

Türkiyədə bu günə qədər olan ən yüksək büdcəli hind toyu baş tutub.

 Qadin.Net kult.az-a istinadən xəbər verir ki, Türkiyənin Bələk turizm mərkəzində 3 gün, 3 gecə davam edən toyda Hindistanın sement sektorunda çalışan Ahluvalia və Kaitan ailələrinin övladları evlənib.

Türkiyədə hind toylarının təşkilatçısı olan Bünyad Özpak sözügedən toy üçün 1 il hazırlıq işləri görüldüyünü bildirib. O, hind ailəsi ilə razılaşmasına görə toyun büdcəsini açıqlamayıb:

“Toydan əvvəl 10 ay avia şirkətlər, otellər, tədarükçülərimizlə davamlı işlədik. Toyda 650 qonaq, 100 aşpaz, 450 nəfərlik əcnəbi komanda, 250 xidmətçi iştirak edib. Bu toyun əsas xüsusiyyəti isə Türkiyədə bu vaxta qədər keçirilən ən bahalı hind toyu olmasıdır”.

Qeyd edək ki, Hindistanın zəngin ailələri tez-tez Türkiyənin istirahət bölgələrində dəbdəbəli toy mərasimləri keçirir.

Türkiyədə fantastik büdcəli hind toyu -FOTO

Türkiyədə fantastik büdcəli hind toyu -FOTO


10 fevral 2019
GO BACK