Qadin.NET / Hadise yenə ƏSƏBLƏŞDİ-FOTO

Hadise yenə ƏSƏBLƏŞDİ-FOTO

Hadise yenə ƏSƏBLƏŞDİ-FOTO


Müğənni Hadisə sosial media hesabındakı paylaşımı ilə gündəmə gəlib.
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, izləyicilərindən biri sənətçiyə "Sənə nifrət edirəm. Daha bəsdir. Murad və Aslının arasına girmə" sözlərini yazıb.

Bu sözlərə əsəbiləşən ifaçı İnstaqram hesabının hekayə hissəsində izləyicisinə belə cavab ünvanlayıb:

"Adını gizləyirəm. Əminəm ki, anan və atan bu mesajı görsə, utanar. Sosial mediada niyə balaca uşaqların hesabı var? Bir az diqqətli olmalıyıq. 

Mövzu uzundur. Son dəfə yazıram. Murad mənim dostumdur. Aslını da çox sevirəm. Öz-özünüzə xəyallar qurmayın, uşaqlar. Bəsdir. Hörmətiniz olsun. Heç kimə özümüzü sübut etməyə məcbur deyilik.
 
Amma bu tip mesajlar görəndə həqiqətən təəccüblənir və sizin yerinizə utanırıq".
9 fevral 2019
GO BACK