2003-cü ildə “Sihirli annem” serialında uşaq obrazları canlandıran Zeynep Özkaya (Çilek), Cennifer Boyner (Toprak) və Gizem Güven (Ceren) ötən gün İstanbulun Nişantaşı bölgəsində görüntülənib.
Qadin.net axşam.az -a istinadən xəbər verir ki, jurnalistlərin “16 ildir bu dostluğu necə qoruya bilmisiniz” sualına Gizem “Biz serialda bacıları canlandırırdıq, amma həyatda da bacı kimi idik. Bir-birimizdən heç qopmadıq. İndi isə “Youtube” layihəmiz var, orada birlikdəyik. Qan bağımız olmasa da, can bağımız var. Ümid edirəm ki, həmişə belə olacaq” deyə, cavab verib.