20 yaşlı amerikalı tələbə qız Sofi Duayer hiperhidrozdan əziyyət çəkir. Genetik olaraq adi insanlardan 10 qat artıq tərləyən Sofinin tərdən qışda əynində geyimi belə donur.
Qadin.Net Milli.Az -a istinadən bildirir ki, qızın ovucları, ayaqları və qolaltından su sanki yağış kimi axır. Uşaqlıqdan diaqnozu təsdiqlənən qız məktəb və universitetdə çox əziyyət çəkir.
Həmişə geyimləri yaş və tər qoxulu olan Sofini yaşıdları ələ salır, ondan uzaq gəzirlər.
Hazırda Sofi günə 6 litr maye qəbul edir ki, tərləmə ilə itirdiyi suyu orqanizmdə bərpa edə bilsin.
Qızın sözlərinə görə, qışda vəziyyəti lap dözülməz olur. Çünki tərlədikdən sonra əynindəki geyimi yaş qalır və donur.
Əllərindən tərin sel kimi axması səbəbindən qızın telefonları, kompüteri tez sıradan çıxır, avtomobil idarə edə bilmir.
Hiperhidroz Sofinin şəxsi həyatına da mənfi təsir edir, o, münasibətlərdən qaçır.