Qadin.NET / Məşhur professor cərimələndi

Məşhur professor cərimələndi

Məşhur professor cərimələndi


Türkiyənin məşhur kardioloqu Canan Karatay cəzalandırılıb.

Qadin.Net publika.az -a istinadən xəbər verir ki, Karatay bu yaxınlarda qonaq olduğu verilişdə antidepressantlarla bağlı kəskin fikirlər səsləndirib. Onun "Günümüzdə antidepressantlar pendir-çörək kimi istifadə edilir. Əlbəttə ki, təsiri var, amma şəxsiyyəti pozduğu və intihara sürüklədiyi hallar da olur" sözləri professora baha başa gəlib. Belə ki, Karatayı tənqid edən həmkarları ondan şikayət edib.

Türkiyə Psixologiya Dərnəyinin şikayəti nəticəsində İstanbul Tabip Odasının ona yazdığı pul cəriməsinə etiraz edən Karatay Türk Təbiblər Birliyi tərəfindən də eyni cəriməni alıb. Qərar qüvvəyə mindikdən sonra Karatay 1, 325 lirə cərimə ödəyəcək. 

8 fevral 2019
GO BACK