Qadin.NET / Milyarder kosmosa uçmağa hazırlaşır - 5 ay sonra

Milyarder kosmosa uçmağa hazırlaşır - 5 ay sonra

Milyarder kosmosa uçmağa hazırlaşır - 5 ay sonra


"Virgin Qrup" şirkətinin təsisçisi, milyarder Riçard Brenson 4 və ya 5 ay sonra kosmosa uçmağı planlaşdırır.

Qadin.Net Axar.az-a istinadən xəbər verir ki, bu barədə milyarder "Frans Press" agentliyinə müsahibəsi zamanı danışıb.

"Mən Ayın səthinə enişin 50 illiyində uçmaq istəyirəm. Biz məhz bunun üzərində çalışırıq. İyula qədər biz kifayət qədər çox sınaqlar keçirməliyik", - milyarder bildirib.

Brenson "Virgin Qalaktik" şirkətini saxlamağın ona aylıq 35 milyon dollara başa gəldiyini söyləyib. Onun sözlərinə görə, hazırlanan kosmik gəminin Aya səfər öncəsi növbəti sınağı fevral ayında baş tutacaq.

Qeyd edək ki, "Apollon-11" missiyası ilk dəfə 24 iyul 1969-cu ildə Ayın səthinə enməyə müvəffəq olub.

8 fevral 2019
GO BACK